Türkiyənin hüquq-mühafizə orqanları Bozdoğan-50 əməliyyatı həyata keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Nazirin sözlərinə görə, terrorçular Mardin vilayətinin Jandarma Komandanlığı və Mardin vilayətinin polisi tərəfindən aparılan kəşfiyyat araşdırmalarının nəticələrinə əsasən zərərsizləşdirilib.
Türkiyənin hüquq-mühafizə orqanları ilə silahlı qarşıdurma zamanı iki terrorçunun zərərsizləşdirildiyi bildirilib.