Türkiyə polisi İstanbul, Ankara və Urfada kürd “jurnalistlər”ə qarşı əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “Bianet” məlumat yayıb.
Məlumata görə, polis 9 kürd jurnalisti saxlayıb, onların hamısı müxtəlif media orqanlarında işləyir.
Jurnalistlərin terror qruplaşmasına üzv olmaq ittihamı ilə həbs edildiyi qeyd edilir.