Türkiyədə əməliyyat: 23 nəfər saxlanıldı

Türkiyədə əməliyyat: 23 nəfər saxlanıldı

İzmirdə cinayətkar dəstəyə qarşı “Hücrə-11″ əməliyyatı keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerliqaya X hesabında məlumat yayıb.

O bildirib ki, əməliyyat çərçivəsində 23 nəfər şübhəli şəxs qismində saxlanılıb:

“Şübhəlilər zərərçəkmişlərin zor gücü ilə çek və veksellərini, əmlaklarını ələ keçiriblər. Onlara təzyiq göstəriblər. Bu yolla, təxminən, 30 milyon lirə qazanıblar”.

Teqlər: