Xəbər - Çingiz Səfərli -Trend:
Tüкiyədə əhali və qeyri-əhali qrupu üzrə elektrik enerjisinin qiymətlərinə 15 faiz artım edilib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsi qərar qəbul edib. Beləliklə, iyulun 1-dən etibarən ölkədə elektrik enerjisinin 100 kVt/saatı üçün 91,56 lirə alınacaq.
Qiymət artımına səbəb kimi enerji istehsalında xərclərin artması göstərilib.