Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə hökuməti 2022-ci ildə əcnəbi vətəndaşların ödənişli əsasda ölkədə mövcud preparatlarla peyvənd olunmasına icazə verib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
“2022-ci ildən etibarən Türkiyədə daimi yaşamayan əcnəbi vətəndaşlar mövcud vaksinlərlə peyvənd olunmaq hüququ əldə edib. Bu, Çinin “Sinovac Biotech” şirkətinin istehsalı olan “CoronaVac”, “Pfizer/BioNTech” şirkətlərinin vaksini və ya yerli “Turkovac” vaksini ola bilər. Əcnəbi vətəndaşlar tibb müəssisəsinə müraciət edərkən vaksinin özü üçün yox, prosedurun həyata keçirilməsi üçün ödəniş edəcək”, – deyə nazirliyin məlumatında bildirilir.