Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk millətçilərinin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyə xüsusi xidmət orqanlarının rəhbərliyi ilə təcili görüş keçirib. Xatırladım ki, 2016-cı ildə Türkiyədə genişmiqyaslı dövlət çevrilişinə cəhd olub.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Onlar Prezident Ərdoğanı öldürməyə cəhd ediblər. Türkiyə hakimiyyəti bütün bu müddət ərzində ABŞ-da olan Fətullah Gülləni dövlət çevrilişinə cəhddə ittiham edib. Çevrilişin arxasında duran əsas qüvvə ABŞ-da təlim keçmiş Türkiyə hərbçiləri idi. Bundan sonra ABŞ və AB mediası faktiki olaraq çevriliş cəhdini dəstəklədi. O zaman Rusiya Türkiyə Prezidenti Ərdoğanın həyatını xilas edə biləcək məlumatlar verməklə Ankaranı dəstəklədi”, – o bildirib.