Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binasına hücum cəhdi olub.
AzerTimes xəbər verir ki, belində çanta olan bir nəfər binaya hücum edib və o, polisin “dur” əmrinə tabe olmayıb, nəticədə polis tərəfindən açılan atəşlə yaralanıb.
Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
Daxili İşlər Nazirliyi və parlament binalarına çox sayda polis cəlb olunub.
Daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkə hesabında yazıb ki, 29 yaşlı Y.E.Ş adlı həmin şəxs artıq xəstəxanaya yerləşdirilib. O, 11 dekabr 2023-cü ildən ailəsi tərəfindən itkin kimi axtarışa verilib. Psixoloji müalicə alırmış.