Türkiyənin Sivas vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) yeraltı təkanlar yerli vaxtla saat 01:27-də qeydə alındığını açıqlayıb.
Yeraltı təkanların episentri Quryun rayonu olub.
Zəlzələnin ocağı 5,33 km dərinlikdə yerləşib.
Qeyd edək ki, ötən gün yerli vaxtla saat 22:05-də Azərbaycanda 5 bal gücündə zəlzələ olmuşdu.