Türkiyədə daşqınlarda ölənlərin sayı 9-a çatıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin şimalındakı Kastamonu vilayətində daşqınlar nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, bölgədə axtarış-xilasetmə və təxliyə işləri üçün 17 helikopter cəlb edilib.

Daşqınlar Kastamonu, Sinop və Bartın vilayətlərində ciddi fəsadlar törədib. Üç vilayətdən 900-dən çox sakin təxliyə olunub.


Bartında ötən gün itkin düşmüş şəxsin axtarışları davam edir.