Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfəri ötüb.
AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 62 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb. Onlar xəstəxanalara yerləşdiriliblər.
Məlumata əsasən, ölənlərdən 52 nəfəri Kastamonu, 9 nəfəri Sinop, 1 nəfər isə Bartın vilayətində həyatının itirib.