Türkiyədə daşqınlar nəticəsində 17 nəfər həlak olub – Ərdoğan

Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, bunu özünün “Twitter” səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

T.Ərdoğan bildirib: “Kastamonu, Sinop və Bartın əyalətlərində 17 vətəndaşımızın daşqınlar nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verirəm”.

Türkiyə Prezidenti qeyd edib ki, daşqınlar baş verən ərazilərdə intensiv işlər həyata keçirilir.