Türkiyədə daha bir zəlzələ baş verdi

Türkiyədə daha bir zəlzələ baş verdi

Türkiyənin Balıkesir şəhərində 4,1 bal gücündə zəlzələ olub.

AzerTimes xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.

Zəlzələ yerin 13,1 kilometr dərinliyində meydana gəlib.

Qeyd edək ki, bu gecə Türkiyənin Qəhrəmanmaraş şəhərində 7,4 bal gücündə zəlzələ olub. Təbii fəlakət dağıntı və tələfata səbəb olub.

Teqlər: