Türkiyədə daha bir aviaşirkət fəaliyyətə başlayacaq

Türkiyənin Antalya şəhərində Rusiyadan turist daşımaq üçün
ikinci aviaşirkət yaradılacaq.

AzerTimes-ın
məlumatına görə görə, həmin şirkətın adı “MGA Aviation” olacaq.

Məlumata əsasən, “MGA Aviation” Mülki Aviasiya Baş İdarəsindən
ilkin razılıq alıb.

Proses sürətlə davam edir və aviaşirkətin yaradılmasının qısa
müddətdə başa çatdırılması planlaşdırılır. Bildirilib ki, uçuşlarda
dörd təyyarə iştirak edəcək: iki Boeing 737-900 və iki Boeing
777.

Gələcəkdə “MGA Aviation” digər bazarlara da çıxmağı
planlaşdırır.