Türkiyədə daha 203 nəfər koronavirusdan dünyasını dəyişdi

Türkiyədə son sutka ərzində 27 474 nəfərdə COVİD-19 aşkar olunub, gün ərzində 358 326 test aparılıb.

Trend xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, xəstəlikdən daha 203 nəfər dünyasını dəyişib.

Son sutka ərzində ölkədə koronavirusdan sağalanları sayı 30 584 nəfər təşkil edib.


Rəsmi məlumata görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələdə daxil olmaqla 117 311 720 doza peyvənd istifadə olunub. Yaşı 18-dən yuxarı olan əhali arasında peyvəndin birinci dozasını alanların göstəricisi 89,59 %, ikinci dozanı alanların göstəricisi isə 79,19 % təşkil edir.

Teqlər: