Türkiyədə COVID-19-a yeni yoluxma hallarının sayı 1000 nəfərdən az olub

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 5
nəfər vəfat edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən
bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 118 852 nəfər test edilib, 905 yeni yoluxma
halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 1 019 nəfər sağalıb.

Teqlər: