Türkiyədə koronavirusa yeni yoluxma hallarının 10 faizindən çoxunu “omikron” ştammı təşkil edir.
AzerTimes-ın məlumatına görə, bunu özünün “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.
Onun sözlərinə görə, koronavirusun yeni ştammına yoluxma halları əsasən əhalənin sıx məskunlaşdığı əyalətlərdə qeydə alınır.
“Omikron” ştammının Avropadan sonra ölkəmizdə də yayılması buster dozanın vacibliyini vurğulayır. Ehtiyat tədbirlərinə diqqətlə riayət edin, buster doza ilə peyvənd olunun və sosial həyatınızı olmalı olduğu kimi davam etdirin: ştamm yenidir, lakin ehtiyat tədbirləri eynidir”, – deyə nazir bildirib.