Türkiyənin COVID-19-a qarşı namizəd olan peyvənd insanlar üzərində sınaqlarının son mərhələsinə çatıb.
AzerTimes-ın məlumatına görə, Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla mübarizə üzrə Elmi Məsləhət Şurasının virtual iclasından sonra bildirib.
Onun sözlərinə görə, gələn həftə Türkiyədə 3-cü faza çərçivəsində insanlar üzərində sınaqlar məqsədilə könüllülər peyvənd olunacaq:
“Bir çox peyvənd istehsalı üzrə layihələr həyata keçirilir. Onlardan biri son mərhələyə çatıb”.
F.Qoca əlavə edib ki, Türkiyə iyunun 10-da koronavirusa qarşı peyvəndləmə kampaniyasının yeni bir mərhələsinə qədəm qoyacaq, bu kampaniya çərçivəsində 45 və yuxarı yaşda olan insanlar peyvənd olunacaq.