Türkiyənin Kayseri vilayətində davam edən qar çovğunu səbəbindən Kayseri-Malatya magistralı bağlanıb və onlarla insan avtomobilində köməksiz vəziyyətdə qalıb.
AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, xilasedicilər yolda gediş-gəlişi bərpa etmək və vətəndaşları ərazidən çıxarmaq üçün çalışır.
Xüsusiə, Pınarbaşı və Sarız ilçələrində çətin vəziyyətdə qalanlar sosial media vasitəsilə paylaşımlar edərək yardım istəyiblər.