Türkiyədə zəlzələ ilə əlaqədar ölkə çempionatlarında fəaliyyətini dayandıran komandaların sayı 10-a çatıb.
AzerTimes xəbər verir ki, son olaraq ölkənin futbol üzrə 3-cü liqasında mübarizə aparan “Elazığspor” komandası çempionatdan geri çəkildiyini bəyan edib.
Qeyd edək ki, daha öncə Super Liqada “Hatayspor” və “Qaziantep”, 1-ci Liqada “Adanaspor” və “Yeni Malatyaspor”, 2-ci Liqada “Adıyamanspor” və “Diyarbəkirspor”, 3-cü Liqada isə “Malatya Arguvanspor”, “Qəhrəmanmaraşspor” və “Osmaniyəspor” bu sezon çempionatdan çəkilib.