Türkiyənin paytaxtı Ankarada “Ayhan Bora Kaplan” istintaqı çərçivəsində daha 4 nəfər saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barəd Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən 3 polis rəisi və Ankara Polis İdarəsinin 1 komissarı həbs olunub.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk millətçilərinin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyə xüsusi xidmət orqanlarının rəhbərliyi ilə təcili görüş keçirib.