Türkiyənin Antalya vilayətində III Diplomatiya Forum çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və müstəqillik” mövzusunda panel keçirilir.
AzerTimes xəbər verir ki, paneldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıç iştirak edirlər.