Türkiyədə bütün təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Mahmud Özər sosial media səhifəsində paylaşım edib.
Məlumata görə, orta məktəblərdə tədris fevral ayının 20-ə kimi, ali təhsil müəssisələrində isə növbəti açıqlamaya qədər təxirə salınıb.