Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda yerləşən və Karakurt bəndinin daşması ilə boşaldılan Karakurt kəndində kilsə, köhnə kənd evləri və kənd məscidi su altında qalıb.
AzerTimes Nyus24.az-a istinadla xəbər verir ki, 200 nəfərin yaşadığı kənddə yalnız məscidin minarəsi görünür.
Məscidin minarəsinin fotosunu paylaşan vətəndaşlar kəndlə yanaşı xatirələrinin də su altında qaldığını bildiriblər.