Türkiyədə bu gün ikinci zəlzələ baş verdi

Türkiyədə bu gün ikinci zəlzələ baş verdi

09:44

Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.

Dağıntı və tələfat haqda məlumat verilməyib.

***

Qəhrəmanmaraşda da zəlzələ baş verib.

Bu barədə TRT Haber məlumat yayıb.

Vilayətin Göksun rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Teqlər: