Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə lirəsi ABŞ dollarına nisbətdə yenidən ucuzlaşmağa başlayıb.
Trend-in “ForEx” göstəricilərinə istinadən məlumatına görə, son sutka ərzində lirə dollara nəzərən 3 faizə yaxın ucuzlaşıb.
Hazırda birjalarda 1 ABŞ dolları 13,15 lirə ətrafında alınıb-satılır.
Xatırladaq ki, ötən həftə dolların lirəyə nəzərən qiyməti qısa müddətə 13 lirə həddini keçsə də, daha sonra 11 lirə ətrafında sabitləşmişdi.