Türkiyədə binaların dağılması ilə bağlı 247 nəfər həbs olundu

Türkiyədə binaların dağılması ilə bağlı 247 nəfər həbs olundu

Türkiyədə zəlzələlər nəticəsində yaşayış binalarının dağılması ilə bağlı 247 nəfər həbs olunub.

AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Teqlər: