İstanbul sel suları altında qaldı.
Gecə saatlarında başlayan yağış səhər leysana çevrilib. Bir çox yolları, metro stansiyalarını, tunelləri su basıb.Yağışa hazırlıqsız yaxalanan insanlar küçələrdə çarəsiz qalıb. İctimai nəqliyyatın hərəkətində problem yaşanır.
Metroda qatar gözləyən sərnişinlər də reyslərin üzəri ilə sel getdiyini müşahidə ediblər.
İstanbul Böyük şəhər bələdiyyəsi Fövqəladə Hallar Koordinasiya Mərkəzi sel barədə xəbərdarlıq edib. İstanbul Valiliyi isə şəhər sakinlərinə müraciət edərək şəxsi maşınlarla yola çıxmamağa çağırıb.