Türkiyədə azərbaycanlı terrorçu saxlanıldı

Türkiyədə azərbaycanlı terrorçu saxlanıldı

Türkiyə polisi İstanbul, Konya və Antalyada eyni vaxtda İŞİD-ə qarşı əməliyyatlar keçirib. Əməliyyatlar zamanı 12 nəfər saxlanılıb.

AzerTimes xəbər verir ki, saxlanılan şəxslərin “Təqva” kimi tanıdılan qruplaşmanın üzvləri olduğu bildirilib.

Məlum olub ki, qrup üzvləri icarəyə götürdükləri yeri məscidə çevirərək orada fəaliyyətlər həyata keçirib.

Bildirilib ki, saxlanılan 12 şəxs arasında Suriyadan göstəriş alan, qruplaşmanın Mərmərə bölgəsi üzrə “hakimi”, İstanbul və Azərbaycan üzrə “məsul şəxsləri” də var.

Həmin təşkilatın üzvü, əslən Azərbaycandan olan Əbdürrəhman Mediyev münaqişə zonasından gələnlərin məskunlaşmaları üçün yerlər təşkil edib, onların ailələrinə “köməklik” göstərib və münaqişə zonasına getmək istəyənlər üçün maddi-texniki dəstək verib.

Teqlər: