Türkiyədə baş verən zəlzələdə iki azərbaycanlı tələbə bacılar xəsarət alıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyədə yaşayan jurnalist Nigar Ögeday Tvitter hesabında məlumat yayıb.
O bildirib ki, sözügedən tələbələr Sütçü İmam Universitetinin tələbələridir:
“Qəhrəmanmaraşda baş verən zəlzələdə İsmət Paşa məhəlləsinin Trabzon caddəsində yaşayan azərbaycanlı tələbələr – Gülşən və Jalə Cəfərovalar dağıntılar altından çıxarılıb. Hazırda hansı xəstəxanaya aparıldığı bilinmir”.