Türkiyədə azərbaycanlı müğənni yenə saxlanıldı – Video

Türkiyədə azərbaycanlı müğənni yenə saxlanıldı – Video

Türkiyədə yaşayan və may ayında narkotik təbliğatına görə saxlanılan azərbaycanlı reper Asya Əlizadə bu gün yenidən saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Asya Əlizadə haqda kliplərində narkotik təbliğatı aparması ilə bağlı İstanbul Anadolu Cümhuriyyət Prokurorluğunda araşdırma aparılıb və onun klipləri incələnib. Araşdırmada Asyanın bir klipində ingiliscə “əsrar kimi” ibarəsindən istifadə etdiyi üzə çıxıb. Bunun ardından Asya Əlizadə Ataşəhərdə qaldığı evdə saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə azadlığa buraxılan Asya Miqrasiya Mərkəzinə təslim edilib. Barəsində araşdırma aparıldığı müddətdə hər gün polis idarəsinə gedərək, imza verməsi lazım olduğu halda Asya bu tələbi yerinə yetirməyib. Buna görə də bu gün yenidən Ataşəhərdəki evində saxlanılıb.

Onun yenidən Miqrasiya Mərkəzinə təslim ediləcəyi bildirilib.

Teqlər: