Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2021-ci ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 20 şirkət qeydiyyata alınıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 şirkət çoxdur.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.

Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 2,86 milyon türk lirəsi olduğu halda, 2020-ci ilin eyni dövründə bu rəqəm 1,459 milyon türk lirəsi təşkil edib.

2021-ci ilin yanvar ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (17) qeydiyyata alınıb. Bu şirkətlərin ümumi kapitalı 2,51 milyon türk lirəsi təşkil edib.


Ötən ay Türkiyədə Azərbaycan kapitalı ilə 1 sənaye, 1 tikinti, 1 maliyyə-sığorta, 5 topdan və pərakəndə ticarət, 5 daşınmaz əmlak satışı şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Qeyd edək ki, 2020-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 184 şirkət qeydiyyata alınmışdı.