2022-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan
kapitalı ilə 84 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin
eyni dövrü ilə müqayisədə altı şirkət azdır.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından
(TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan
Azərbaycan şirkətlərinin sayı qismən azalsa da, onların ümumi
kapıtalı artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan
şirkətlərinin məcmu kapitalı 32 milyon türk lirəsi olduğu halda,
2021-ci ilin eyni dövründə bu rəqəm 21,1 milyon türk lirəsi təşkil
edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-aprel
aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (68)
qeydiyyata alınıb.
“İstanbulnda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumu
kapitalı 25,3 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan
bildiriblər.
Qeyd olunub ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyədə
Azərbaycan kapitalı ilə beş sənaye, beş tikinti, 40 topdan və
pərakəndə ticarət, iki daşınmaz əmlak satışı, üç turizm, 10
nəqliyyat-logistika şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak
edir.
Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 237
şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 63,171 milyon
türk lirəsi olub.
2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə
alınıb.
Məlumat üçün bildirək ki , 2020-ci ildə Türkiyədə Azərbaycan
kapitallı 148 şirkət qeydiyyatdan keçib və onların ümumi kapitalı
21,19 milyon türk lirəsi təşkil edib.