Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub

Türkiyədə ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə azərbaycanlı professor Əli Askerinn “Azərbaycan düşüncə tarixi” adlı kitabı dərc olunub.

Trend-in məlumatına görə, iki cilddən ibarət olan və 19-cu əsrin ortalarında yaşamış azərbaycanlı dahi şəxsiyyətlər haqqında məlumatlarınn bir arada toplandığı kitabda həm də onların həyat və yaradıcılığını əks etdirən fotolar da yer alıb.

Kitabda, həmçinin 19-cu əsrin ortalarında baş verən ən mühim hadisələrin xronoloji ardıcıllığı əks olunub.

Kitab haqqında ön sözü Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən, kitabın təqdimatı isə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren tərəfindən edilib.

Kitab müəllifi professor Əli Askeri “Azərbaycan düşüncə tarixi” adlı kitabının Türkiyədə Azərbaycanı daha yaxşı tanıtmaq üçün daha bir addım olduğunu qeyd edib.

Teqlər: