Türkiyədə axtarış-xilasetmə əməliyyatları dayandırıldı

Türkiyədə axtarış-xilasetmə əməliyyatları dayandırıldı

Hazırda Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları dayandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O qeyd edib ki, hazırda infrastrukturun bərpası üzrə işlər aparılır.

“Türkiyədə baş verən zəlzələlər ümumi sahəsi 110 min kvadrat metr olan, 14 milyon əhalinin yaşadığı 11 vilayəti əhatə edib. Təbii fəlakət zonasında binaların əksəriyyəti müxtəlif dərəcədə zərər görüb. Bu bölgələrdə zədələnməmiş binalar olsa da, orada yaşamaq qəti qadağandır”, – o deyib.

Qeyd edək ki, FHN xilasediciləri Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə ezam olunmuşdular.

Teqlər: