Türkiyənin Antalya şəhərinin Korkuteli rayonunda sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə yuvarlanıb, çoxlu sayda yaralı var.
AzerTimes xəbər verir ki, avtobusda olan 25 nəfərdən 10-u nəfər xəsarət alıb.
Hadisə yerində xilasedicilər və həkimlər işləyir.
Sürücü polis bölməsinə aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.