Türkiyədə Kastamonu şəhərində sərnişin avtobusu aşıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Ankaradan Sinopa gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Hadisə nəticəsində 30 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.