Türkiyənin Karaman vilayətində turist avtobusunun qəzaya uğraması nəticəsində azı 26 nəfər xəsarət alıb.
AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, sürücü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb.
Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Hələlik avtobusda hansı ölkədən gələn turistlərin olduğu barədə məlumat dəqiqləşdirilməyib.