Türkiyənin zəlzələ baş verən bölgəsində ardıcıl sarsıntılar davam edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ və risk azaltma müdürü Orxan Tatar bildirib.
Tatar söyləyib ki,185-dən çox ardıcıl sarsıntılar oldu. Bunların bir çoxu 5 baldan çox idi.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudada (bəzi məlumatlara görə 7,7) zəlzələ olub.