Türkiyənin Adana vilayətinin Kozan rayonunda 4.6, 4.5 və 4 bal gücündə arda-arda 3 zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yerin 7 kilometr dərinliyində meydana gələn zəlzələlər yerli vaxtla saat 05:32-05:34 aralığında olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.