Türkiyədə antiterror əməliyyatında 2 terrorçu zərərsizləşdirilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına mənsub 2 nəfər zərərsizləşdirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Qeyd olunub ki, bölgədə “Ərən-13” antiterror əməliyyatları davam etdirilir.

Təhlükəsizliyin təmin olunmasına jandarm xüsusi qüvvələri, PUA-lar, eləcə də Hərbi Hava Qüvvətlərinə məxsus helikopterlər nəzarət edir.