Türkiyənin Adana şəhərində polis Amerikanın İncirlikdəki bazasına girməyə çalışan etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Polis əməkdaşları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər”, – məlumatda deyilir.
Qeyd edək ki, bu gün bir qrup şəxs Fələstinə dəstək məqsədilə ABŞ-ın İncirlik bazası qarşısında aksiya keçirib.