Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes xəbər verir ki, qəza Kayseri-Malatya şosesinin Muratlı məhəlləsi ərazisindən keçən hissəsində baş verib. Minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində altı nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. TIR sürücüsünün həbs olunduğu bildirilir.