Türkiyənin Ədirnə vilayətində ağır yol qəzası baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.
Məlumata görə, polisləri daşıyan xidməti avtomobillə turistləri daşıyan avtobus toqquşub. Nəticədə 10-u polis olmaqla, 11 nəfər yaralanıb.
Hadisə yerinə polis, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.