Türkiyənin Amasiya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb.
AzerTimes “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, 35 nəfər yaralanıb.
Ankaradan Tokat istiqamətində hərəkət edən “Erova” şirkətinə məxsus sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.