Türkiyədə 7,4 bal gücündə zəlzələ oldu

Türkiyədə 7,4 bal gücündə zəlzələ oldu

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda və bal gücündə zəlzələ olub.

AzerTimes xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerin 7 kilometr dərinliyində meydana gələn zəlzələ Kayseri, Malatya, Diyarbəkir, Qaziantep və paytaxt Ankarada da hiss olunub.

Eyni zamanda bildirilib ki, Qaziantepin Nurdağı bölgəsində 6,4 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 6.98 kilometr dərinliyində meydana gəlib.

Bundan başqa, Malatya valisi Hulusi Şahin bildirib ki, vilayətin Doğanşəhər rayonunda 10-a yaxın bina dağılıb:

“Can itkisi də var”.

Teqlər: