Ərzincan, Bingöl və Karlıova arasında 7,4 bal gücündə zəlzələ gözləyirik.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin zəlzələ üzrə eksperti Naci Görür deyib.
O qeyd etdiyi bölgələrdə sonuncu dəfə 1790-cı illərdə yeraltı təkan olduğunu söyləyib. Ekspert zəlzələnin nə vaxt baş verəcəyi ilə bağlı təxmini vaxt deməyib.
Bundan əlavə, Görür Türkiyəni 20 il ərzində zəlzələyə davamlı hala gətirə biləcəklərini də bildirib.