Türkiyədən Yunanıstana qanunsuz keçməyə cəhd edən 7 nəfər sərhəd qoşunları tərəfindən yaxalanıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslərdən 3-ü FETÖ, 1-i isə İŞİD terror təşkilatının üzvüdür.