Türkiyədə 600-dən çox insan istintaqa cəlb olundu

Türkiyədə 600-dən çox insan istintaqa cəlb olundu

Türkiyədə zəlzələ nəticəsində çökən binalarla əlaqəli 600-dən çox insana qarşı araşdırmalar aparılır.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, hazırda yoxlamalar davam edir.

Qeyd edək ki, Türkiyənin Qəhrəmanmaraş ərazisində 6 fevralda iki dəhşətli zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə böyük dağıntılar və insan tələfatına səbəb olub.

Teqlər: