Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ baş
verib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların
İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Məlumata əsasən, zəlzələnin ocağı 6,72 kilometr dərinlikdə
yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.