Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin şimal-qərbində Kütahya vilayətində Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, zəlzələnin episentri vilayətin Altıntaş rayonunda, yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilərlə bağlı məlumat yoxdur.
Yeraltı təkanların 5-6 saniyə davam etdiyi bildirilib.